Bütün xəstəlikləri sağaldan GİZLİ ELM: Milyonçular dərmandan niyə imtina edirlər?

2-02-2018, 01:40           
Bütün xəstəlikləri sağaldan GİZLİ ELM: Milyonçular dərmandan niyə imtina edirlər?
Son illər dünyanın ən çox inkişaf etmiş ölkələri dərman istehsalına görə liderliyi ələ alıblar. Lakin elə həmin dövlətlərin ali zümrəsinə mənsub olan ailələr bu dərmanlardan istifadə etmirlər. Əvəzində təbii müalicə üsullarından yaralanırlar. Bu siyahıya liderliyi isə Ayurveda edir.

Ayurvedanın elm kimi nə vaxtdan mövcud olduğu bəlli deyil. Lakin bu əsrarəngiz sahə hələ də Hindistan, Nepal, İndoneziya kimi ölkələrdə tətbiq olunur. Son dövrlərdə Ayurvedanın tərəfdarları arasında digər xalqların nümayəndələri də sürətlə artır. Bəs bu cərəyanın sirləri nədir?

Ayurvedanın əsasını sadəlik və təbiilik təşkil edir. Bu sahə hansı ölkədə yaşamağınızdan asılı olmayaraq, hər kəs üçün əlçatandır. Bəs ən uzun ömürlü planet sakinləri sayılan buddistlərin, induistlərin, caynların, eləcə də siqhlərin həyat tərzinə çevrilən Ayurveda elmi nədir?

Bu söz sanskritcədən tərcümədə həyat və ya uzunömürlülük elmi kimi tərcümə olunur. Lakin bu yalnız elm deyil, həm də fəlsəfi cərəyan, müalicə sistemi, bir sözlə, həyat tərzidir. Dünyanın ən güclüsü sayılan Çin və Tibet müalicə üsullarının da qaynağını Ayurveda təşkil edir. Bəzi mənbələrə əsaslansaq, bu fəlsəfi cərəyanın 5000 ildən çox yaşı var.



Ayurvedanın köməyilə hər hansı çətin diaqnostikaya gərək qalmadan, xəstəliyi müəyyən edib, sağaltmaq mümkündür. Lakin bu üsulun başlıca məqsədi profilaktikadır. Ayurveda qəlbin və bədənin harmoniyasına nail olaraq, sağlamlığı qorumaq, həmçinin ətraf aləmlə xoş ünsiyyət qurmaq incəsənətidir. Həmçinin bu elm insanın qarşısına heç bir məcburiyyət qoymadan, sağlamlığa qovuşmağa səsləyir.

Ayurveda hər bir xəstəliyin səbəbini mənəvi gərginlikdə görür. Yorğun ruh, xəstə bədən deməkdir.

Ayurveda elminin təcrübi bilikləri 8 traktatda öz əksini tapır.

Kaumara Britya – pediatriya

Bu traktat hamiləlik dövründən tutmuş, həddi buluğa çatan uşaqların tərbiyəsinə aid bütün məlumatları özündə cəmləşdirib. Hətta ananın südvermə mərhələsi, bu zaman yaranan problemlər, irsi xəstəliklərlə mübarizə, eləcə də uşağın düzgün tərbiyəsi Kaumara-Brityanın qarşısına qoyduğu əsas hədəflərdir.

Kayya Çikitsa – “Kayya” sözü “bütün bədən” deməkdir. Bu sahədə vücudun konkret orqanı ilə əlaqədar olmayan xəstəliklər müayinə edilir. Bura şəkərli diabet kimi xəstəliklər daxildir.

Aqada Tantra – bu sahə isə zəhərin qandan xaric edilməsini öyrənir. Həmçinin zəhərli heyvan və həşəratların sancması zamanı orqanizmin vaxtında təmizlənməsini həyata keçirir.

Şalakya Tnatra – Bu səmt isə göz xəstəlikləri və onunla mübarizəyə aid edilir.

Bxutavidya – Ayurvedanın ən sehirli qolu olan bu səmt caduya, bədənin və ruhun şər qüvvələrdən təmizlənməsinə həsr olunub. Psixoterapiyada geniş istifadə olunan hipnozun mənbəyi Bxutavidya sayılır.

Şalya Tantra – Cərrahiyə və mamaçalıq haqda bilgilərin cəmidir.

Vacikarana Tantra – sonsuzluq kimi çətin xəstəliklərin əlacını təklif edir.

Rasayana Tantra – uzunömürlülüyün sirlərini cəmləşdirən elmdir.



Bütün bu traktatlarda xüsusi həkimlərin qəbuluna getmək, onlardan çarə gözləmək kimi şərtlər yoxdur. İnsanın taleyi də, sağlamlığı da öz əlindədir. O, ruhunu da, bədənini də hamıdan yaxşı tanıyır və həyatını yalnız özü müsbət yöndə dəyişə bilər. Bəs sağlamlığımızı qorumaq üçün nə etməliyik?

Ayurvedaya görə, dünyadakı bütün canlılar 5 ünsürdən ibarətdir. Bunlar aşağıdakılardır:

Cala – su. Bədəndəki mayeni idarə edir.

Pritxvi – yer. (sümük, diş, qığırdaqlar)

Akaşa – efir. (daxili orqanlar)

Aqni – alov. Bura daxili orqanların fəaliyyətini təmin edən prosseslər daxildir. Məsələn, qidanın həzmi üçün gərəkli olan fermentlər.

Vayya – hava insanın fəallığına və ümumi vəziyyətinə təsir edir.



Ayurveda hesab edir ki, bütün bu ünsürlər insan orqanizmində müəyyən miqdardadır. Onların birinin miqdarının azlığı və ya çoxluğu ciddi xəstəliklərə səbəb ola bilər.

Ayurveda metodu ilə çalışan həkimlərin əsas müayinə üsulları bunlardır.

Nəbzin yoxlanılması

Nəcisin və sidiyin yoxlanılması

Səsin və digər səslərin təyini

Dil üzərindəki xətlərin və rəngin yoxlanışı

İnsan haqda ümumi təəssürat

Gözün yoxlanılması

Bütün bu müayinə növləri ilk baxışdan çətin görünməsə də, öhdəsindən yalnız peşəkar təbiblər gələ bilər.

Ayurveda satışda olan bütün dərmanlardan, kimyəvi tərkibli həblərdən imtina edib, təbiətin bizə bəxş etdiyi təbii bitkilər, otlar, minerallarla müalicə sistemidir. Bundan əlavə Ayurveda xəstələrə xüsusi massajlar, yoqa da təklif edir. Ən başlıca şərtlərdən biri də sağlamlığı qoruyub, çox yaşamaq üçün düzgün qidalanmaqdır. Çünki bir çox qida növləri orqanizmi möhkəmləndirdiyi halda, digərləri tədricən sıradan çıxardır, müxtəlif xəstəliklərə səbəb olur.

Ayurvedanın sağalda bilməyəcəyi heç bir xəstəlik yoxdur. Günümüzün ən ağır bəlaları sayılan xərçəng, şəkərli diabed, diareya, sonsuzluq və s. xəstəlikləri Ayurveda kökündən sağalda bilir, bir şərtlə ki, vaxtında müraciət olunsun. Hətta deyilənə görə, məşhur rus müğənnisi Janna Friske tibbi müayinələrdən sonra, Ayurvedaya üz tutub, lakin təbiblər vücud kimyəvi maddələrlə dolduğu üçün onu müayinə etməyin heç bir faydası olmayacağını bildiriblər.

Ayurveda istənilən halda sinir sisteminin tarazlığını qorumağı və ədviyyatlardan, təbii otlardan çox istifadə etməyi tövsiyə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.