Məşhur amerikalı tarixçi Riçard Payps vəfat edib

18-05-2018, 08:45           
Məşhur amerikalı tarixçi Riçard Payps vəfat edib
Amerikanın Rusiya tarixi üzrə ixtisaslaşmış tarixçisi Riçard Payps 95 yaşında vətənində vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Harvard Universitetinin Tarix Departamentinin məlumatında bildirilir.

Qeyd olunur ki, Payps XX əsrin əvvəllərində Rusiya tarixi üzrə ən məşhur xarici mütəxəssislərdən biri olub.

1980-ci illərin əvvəllərində o, sabiq ABŞ prezidenti Ronald Reyqanın müşaviri işləyib. Payps Milli Təhlükəsizlik Şurasının Şərqi Avropa və Sovet şöbəsinə rəhbərlik edib, həmçinin ABŞ-ın xarici siyasət məsələləri ilə məşğul olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru