İSRAİL ŞƏRQİ ARALIQ DƏNİZİNDƏ GÜCLƏNMƏYƏ CAN ATIR –Türkiyə yeni marşurutun önünü kəsə biləcəkmi? - TƏHLİL

18-05-2018, 08:57           

Muharrem Sarıkaya

“Habertürk”, Türkiyə, 17 may 2018-ci il



Beynəlxalq münasibətlərdə atılan heç bir addım təsadüfü olmur, olanda da çox nadir halda olur.

Əgər Orta Şərqdə ABŞ ilə İsrail birlikdə bir addım atırsa, şübhəsiz, başqa bir yerdə də daha bir oyun planı qurulub. Regionun 70 illik tarixi bizə bunu öyrədib.

Yəni ramazan ayına girilən bir gündə İslam aləmini ayağa qaldıraraq qarşısına ala biləcək bir hərəkətə girişməyin (ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi nəzərdə tutulur – tərc.) səbəbi olmalıdı.

Bir çox adam bunu ABŞ ilə İsrailin İran siyasətinin taktikası olaraq qiymətləndirir.

Ancaq görülməsi lazım olan başqa bir sahə də var: Şərqi Aralıq dənizi…

Hətta Şərqi Aralıq dənizindəki “isinmə” olduqca sürətli və toqquşmaya yol açacaq ciddi bir sunami miqyasındadır. Təməlində də Şərqi Aralıq dənizindəki hidrokarbogen enerji yataqları durur.



3,5 trilyon m3



Bu günə qədər daima Şərqi Aralıq dənizində çıxan neft və ya təbii qazın Türkiyə olmadan Avropaya nəql edilməsinin mümkün olmayacağı iddiası səsləndirilib. Ancaq 2010-cu ildən bu yana kəşf edilən yeni təbii qaz ehtiyatlarının cəmi 3,5 trilyon m3-i keçib.

Son dövrdə sadəcə Afrodit bölgəsində 125, Tamarda 233, Leviathanda 623 milyard m3 təbii qaz ehtiyatı kəşf edilib və çıxarılması üçün addım atılıb.

İsrail Cənubi Kipr Rum Administrasiyası (CKRA) ilə birgə çıxardığı təbii qazı Misirə satmağı planlaşdırırdı, ancaq onun Zor bölgəsində 850 milyard m3 yeni təbii qaz ehtiyatının kəşf edilməsi bu xəyalı tormozladı.

İsrail çıxardığı təbii qazın bir hissəsini İordaniyaya satdı.



Yeni marşurut



Türkiyə olmadan Avropa bazarına çıxarması maya dəyərini ödəmədiyinə görə, yerdə qalanı üçün yeni yol axtarmağa başlayıb.

Son dövrdə ard-arda yeni ehtiyatların ortaya çıxması, onların miqdarının da yüksək olması İsrail təbii qazını CKRA və Yunanıstan adaları üzərindən boru xəttilə nəql etməyi mümkün hala gətirib.

Buna CKRA ilə müstəsna iqtisadi zona anlaşması olan Misirin qaynaqları da əlavə edilərsə, yeni bir vəziyyət ortaya çıxa bilər.



Üç Türkiyə əleyhdarı iqtisadi birlik yaradır



Bir müddətdir ki, Şərqi Aralıq dənizi boru xətti layihəsinin (The Eastern Mediterranean (EastMed) pipeline project) sürətləndirilməsi də elə onun əks olunmasıdır.

Şərqi Aralıq dənizinin həm hüquqi, həm də enerji statusunu ən yaxşı bilənlərdən olan professor Sertaç Başeren də söhbətimizdə diqqəti bu duruma çəkərək, belə bir xəbərdarlıq edib: “Türkiyə olmadan Avropaya enerji nəql edilməsi bugünədək çox məhsuldar olmurdu. Lakin tapılan yeni ehtiyatlarla birlikdə təbii qazın miqdarı artdığından, artıq bu layihənin həyata keçirilməsi real olmağa başlayıb”.

Professor Sertaç Başeren daha önəmli bir təhlükəyə də işarə edib: “Bir müddətdən sonra Kiprə enerji nəql edilməsi səbəbilə xaricilər gəlib oraya oturuşsa, iş tamamilə fərqli bir nöqtəyə gedər…”

Başerenin də diqqəti cəlb etdiyi kimi, bu, Kipr probleminin də Türkiyənin istəmədiyi bir nöqtəyə doğru inkişaf etməsinə səbəb ola bilər.

Təbii, Türkiyə hadisələrin bu istiqamətdə inkişafını durdurmaq üçün addım atır.

Belə ki, yaxın keçmişdə Hərbi Dəniz Qüvvələri Komandanlığı hərbi dühanın dəniz sahəsində necə əks oluna biləcəyinin bir nümunəsini göstərdi.

Hər hansı bir diplomatik etiraza belə imkan vermədən, möhtəşəm manevrlərlə “Eni”nin problemli sahəyə girib yeni kəşfiyyat işləri aparmasının qarşısını aldı.

Ancaq hərbi düha bir yerə qədər müəyyənedici ola bilər, sonra arxasında sivil dəstək axtarar. Tapa bilməzsə, hərbi təlimlərlə işi uzatması imkansız hala gələr. Bu mərhələdən sonra ya gərginlik artar, ya da İsrail və CKRA Şərqi Aralıq dənizində at oynadar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.