Oxuya bilməyən, Konstitusiyadan xəbərsiz, dostlarının xanımlarını tovlamağı sevən prezident –Tramp haqda qalmaqallı kitabdan fəsillər

22-05-2018, 00:31           

Jurnalist Maykl Vulffun Amerika prezidentinin çevrəsindəkilərlə 200-dən çox müsahibəyə əsaslanan “Atəş və qəzəb” kitabı qalmaqal olmağa düçar idi. Jurnalist Donald Trampla anlaşıb ki, Ağ Evdə olacaq və “divardakı milçək” statusunda hadisələri müşahidə edəcək. Prezident də razılaşıb. Belə ki, Vulffun bundan bir qədər əvvəl onun barəsində çıxmış məqaləsindən xoşu gəlmişdi. Hadisələrin ümumi hərc-mərcliyində jurnalisti unudublar, əvəzində o, xeyli şeyi qeydə alıb və Ağ Evin ən yüksəkçinli əməkdaşlarının həvəslə bölüşdükləri açıqlamaları yazıya alıb – sızmalar yeni administrasiyanın ən xarakterik özəlliklərindən biri olub. Kitabın nəşri gurultu effekti doğurub: Tramp burada oxumağı və diqqəti cəmləməyi bacarmayan, bütünlükdə siyasətdən heç nə anlamayan (və hətta Konstutisiyanı oxumayan) və qələbəsinədək prezident olmağa əsla hazırlaşmayan adam kimi canlanır. Vulffun həmsöhbətləri onunla danışarkən tez-tez soruşublar: “Ancaq axı bu, dərc üçün deyil?”. O, cavab verib ki, xəbərlər üçün deyil, bir ildən sonra çıxacaq kitab üçün yazır. “A-a, onda yaxşı” deyərək şərhləri qeydə almağa icazə veriblər. Amma, nəhayət, kitab çıxanda onların çoxu sözlərini geri götürmək istəyiblər. O cümlədən prezidentin ifrat mühafizəkar keçmiş müşaviri, kiçik Trampın Rusiya lobbiçilərilə görüşünü “xəyanət” adlandıran Stiv Bennon. Bennon öz sözlərindən boyun qaçırmaq istəyib, amma qalmaqal fonunda özünün “Breitbart” nəşrindən getməli olub.

“Atəş və qəzəb” artıq çoxlu rekord qırıb: yanvarın 11-ə olan məlumata görə, 700 kağız surəti satılıb və alıcılar daha 1,4 milyon sifariş ediblər. Habelə bir neçə yüz min adam kitabı elektron variantda alıb (kağız kitab mağazalarda son dərəcə qıt mal olub). “Atəş və qəzəb”-ə tələbat o qədər yüksəkdir ki, adına “Fire and Fury” sözləri daxil olan başqa bir kitab bestseller siyahısına düşüb – amerikalıların çoxu oxşar başlıq üzündən II dünya savaşı haqda kitabı alıb.

Kitabdan bir neçə fəsli Strateq.az-ın oxucularına təqdim edirik.

***

Tramp qələbə çalmağa necə hazırlaışıb



Prezidentliyə namizədlərin əksəriyyəti Vaşinqtonda qərib olduğunu öz üstünlüyü kimi təqdim edib, lakin, əslində, bu strategiya praktikada təkcə qubernatorları senatorlardan yuxarı qoyur. Hər bir ciddi namizəd – onun Vaşiqntonu nə qədər sevib-sevmədiyi önəmli deyil – hər halda Vaşinqton sakinlərinin məsləhət və dəstəyinə güvənir. Lakin güman etmirəm ki, Trampın yaxın çevrəsində, çətin ki, heç olmasa, bir nəfər milli səviyyədə siyasi iş təcrübəsi olan adam var idi. Bütün ömrüboyu Trampın çox az yaxın dostu olub və prezident qovğasına başlayanda məlum olub ki, siyasi dairələrdə onun praktik olaraq dostu yoxdur. Trampın yaxın olduğu iki yeganə siyasətçi Rudi Culian və Kris Kristian idi və hər ikisi, bir növ, özəlcə təcrid edilmiş fiqurlar idi. Və onun prezident işinin intellektual əsasları haqda heç nə – hərfi mənada heç nə – bilmədiyini desək, onda gülməli dərəcədə az olar. Onun kampaniyasının lap başlanğıcında Mel Bruksun “Prodüserlər” klassik komediyasına layiq səhnə baş verib. Sem Nanberqə (Trampın seçki qərargahının keçmiş əməkdaşı-red.) namizədə Konstitusiya haqda danışmaq tapşırığı veriblər. Nanberq xatırlayır: “Mən dördüncü düzəlişə çatmağa macal tapmamışdım ki, o, barmağını dodağna qoydu və gözləri axdı”.

Trampın komandasında prezidentə və administrasiyasına ziyan vura biləcək, az qala, hər kəsin tutqun maraqlar münaqişəsi var idi. Dostlar Trampın seçkiqabağı mitinqlərini açan və MKİ-dən və Amerika kəşfiyyatçılarının bədbəxt taleyindən ona tez-tez gileylənən milli təhlükəsizlik üzrə gələcək müşavirə deyiblər ki, çıxışa görə ruslardan 45 min $ almaq ən yaxşı ideya deyil. O buna kimi çətin gedib çıxacağına tam əminliklə cavabında deyib: “Di bu ancaq bizim qalib gələcəyimiz halda problem olacaq”.

Beynəlxalq lobbiçi və polittexnoloq Levandovski kənarlaşdırılandan sonra Trampın kampaniayasını aparmağa başlayan və pulsuz işləməyə razılaşan (bununla da bunun dalında “xidmət əvəzinə xidmət” tipli hansısa sazişin olduğu haqda şübhələri gücləndirən) Pol Manafort otuz il diktatorların və korrupsiyalaşmış despotların maraqlarını təmsil edib və Amerika müstəntiqlərinin mənşəyini çoxdan araşdırdığı milyonlarla sərvət toplayıb.

Hətta o, Trampın qərargahına qoşulanda Manafortun şübhəli əmlak sövdəsi nəticəsində ondan 17 milyon dollar oğurladığını iddia və amansız qisas vəd edən rusiyalı milyardçı oliqarx Oleq Deripaskayla problemi var idi. Tamamilə aydın səbəblər üzündən Trampa qədər çox az siyasətçi əmlak biznesi sahəsindən gəlib: bu, xeyli borca əsaslanan və bazar dəyişkənliklərinə olduqca həssas, çox da xüsusi tənzimlənməyən bazardır; tez-tez hökumətin iltifatından asılı olur və çox vaxt problemli pulların yuyulmasına xidmət edir. Trapın kürəkəni Cared Kuşner, Cared Çarlinin atası, Trampın oğulları kiçik Tramp və Erik, qızı İvanka Trampın özü kimi nəqd və “boz pullar”ın beynəlxalq axınının şübhəli sahəsində işləməklə bu və ya digər dərəcədə öz bizneslərini dəstəkləyirdilər. Trampın kürəkəni və ən önəmli köməkçisinin mülk sahəsində maraqlarının bağlı olduğu sahədə işləyən Çarli Kuşner vergidən yayınmaq, yalan ifadə və şirkətə qeyri-leqal ianəyə görə artıq həbsxanada oturmuşdu.
Oxuya bilməyən, Konstitusiyadan xəbərsiz, dostlarının xanımlarını tovlamağı sevən prezident –Tramp haqda qalmaqallı kitabdan fəsillər
Trampın ailəsi

Çağdaş siyasətçilər və onların komanda üzvləri özləri özləri üçün şantaj materialı rolunu oynayırlar. Trampın komandası əvvəlcə öz namizədini diqqətlə yoxlamağı kəsdirsəydi, məntiqi nəticə çıxarardı ki, onun əxlaqi tərəfi onları riskli duruma sala bilər. Amma bu, Trampı açıqca maraqlandırmırdı. Trampın çoxdankı siyasi müşaviri Rocer Stoun Stiv Bennona izah edib ki, biznesmenin psixoloji özəllikləri ona özünə tənqidi yanaşmağa mane olur. Və bundan başqa, kiminsə onun barəsində hədsiz dərəcədə bilməyinə dözə bilmir və uyğun olaraq hansısa şantaj materialına malik olur. Bir də Trampa diqqətlə yanaşmaq nəyə lazım, təcavüzə düçar olmaq riski, həm də qələbəyə hansı şansı var…

Tramp təkcə öz sövdələşmələrində və rieltor şirkətlərindəki potensial maraqlar münaqişəsinə heç bir diqqət yetirmirdi, həm də özünün vergiyə tutulan pulları haqda məlumat dərc etməkdən də inadla imtina edirdi: o, qələbə çalmağa hazırlaşmırsa, nə mənası var?

Tramp hətta hakimiyyətə keçid prosesini – hətta hipotetik planda da – müzakirə etməyə vaxt itirməkdən imtina edirdi. O deyirdi ki, “bu, pis əlamətdir”, amma əslində, nəzərdə tuturdu ki, bu, boş yerə vaxt itirməkdir. Və hətta onun holdinqi və maraqlar münaqişəsinin ifadə etdiyi problem haqda düşünə də bilmirdi.

O, qalib gəlməyə hazırlaşmırdı! Yaxud, belə deyək, uduzmaq elə onun qələbəsi olardı.

Tramp dünyada ən məşhur adam olmalıydı – əzabkeş, korrupsiyalaşmış Hillari Klintonun qurbanı. Qızı İvanka və kürəkəni Cared yetərincə qaranlıq keçmişi olan varlı uşaqcığazlardan həqiqi beynəlxalq məşhurlara və brendin təmsilçilərinə çevrilərdilər.

Stiv Bennon “Çay partiyası”nın faktiki başçısı olardı.

Rayns Pribus və Keti Uolş Respublikaçılar Partiyasını öz nəzarəti özlərinə qaytarardılar.

Melaniya Trampı isə yenidən rahat buraxardılar.

Bu onların 2016-cı il noyabrın 8-də gözlədikləri nəticəydi. Heç bir problemlərinin olmayacağı nəticə. Məğlubiyyət hər birinə fayda gətirərdi. Axşam saat səkkizdən sonra gözlənilməz dönüş – ki, əslində, Tramp uda bilər – hətta tezliklə artıq təsdiqlənmiş göründü, kiçik Donald dostuna deyib ki, atası – D.C.T. – onu belə çağırırdı – elə görünürdü ki, sanki kabus idi.

Donald Trampın qələbə olmayacağı vədi verdiyi Melaniya göz yaşı içindəydi və bu, əsla sevincdən deyildi.

Bennonun yumorla qeyd etdiyi kimi, bir saatdan bir az çox vaxtda qayğılı Tramp baş verənlərə inanmayan Trampa, sonra isə tam dəhşət içində olan Trampa çevrildi. Amma son transformasiya hələ qabaqdaydı: Trampm qəflətən Birləşmiş Ştatların prezidenti olmağı haqq etməyə və tam buna qabil adam olduğuna inanan adama çevrildi.


Tramp başqalarının arvadlarını necə yoldan çıxarıb…


Tramp tez-tez deyirdi ki, uğrunda yaşamağına dəyən məsələlərdən biri öz dostlarının arvadlarını yatağa sürüməkdir. O, tovlama prosesində qadını inandırmağa səy edirdi ki, onun əri o qədər də ona göründüyü kimi deyil. Sonra katibinə dostunu ofisə dəvət etmək göstərişi verirdi, dost gəlib çıxanda isə onun üçün cinsi mövzularda azdan-çoxdan adi söhbətə başlayırdı: “Sən hələ də öz arvadınla yatırsan? Həm də tez-tez? Bəlkə, arvadındansa başqasilə səndə daha yaxşı seks alınıb? De görüm, bu necə olub? Saat üçdə yanıma Los-Ancelesdən qızlar gəlməlidirlər. Yuxarı otağa qalxa və əla vaxt keçirə bilərik, zəmanət verirəm”. Bütün bu vaxt ərzində isə kabinetdə spikerfon qurulmuşdu və dostunun arvadı bunu eşidirdi.

Təkcə Klinton deyil, əvvəlki prezidentlər də mələk deyildilər. Trampı yaxşı tanıyanları daha çox başqa şey heyrətləndirir: prezident vəzifəsi üçün zəruri sayılan keyfiyyətdən – neyropsixoloqların icraçılıq funksiyası adlandırdığından – tam məhrum olmaqla seçkilərdə qələbə çalmaq bacarığı. O, prezident qovğasında necəsə qalib gəlib, amma, görünür, beyni yeni iş üçün ən önəmli vəzifələri yerinə yetirmək iqtidarında deyil. O planlaşdırmağı, təşkil etməyi, diqqətini başqa şeyə cəlb etməyi bacarmır; o, davranışını dəyişməyi heç vaxt bacarmayıb – hətta bu, məqsədə yetmək üçün tələb olunsa da. O, səbəb və nəticəni ən primitiv səviyyədə birləşdirməyi, sadəcə, bacarmayıb. Onun bəzi dostlarının fikrincə, seçkilərdə qələbə xatirinə ruslarla Trampın lağa qoyduğu işbirliyində ittiham onun səbəb və nəticəni bağlamaq bacarıqsızlığına ideal örnək idi.

O hətta seçkilərin nəticələrinə təsir haqda ruslarla şəxsən sazişə getməyibsə də, Vladimir Putinin qabağında kəkələmək cəhdləri böyük siyasi məsarifləri olan məsələ və hərəkətlərin meydana çıxmasına gətirməyə bilməzdi.


Trampı necə dilə tuturlar

Bennon Trampı mətbuatla, demokratlarla və Vaşinqton “bataqlığı”yla savaşa təhrik edincə artıq prezidenti dilə tutmağa başlamışdılar. O, hansısa mənada onu dilə tutmaqlarını heç istəmirdi də.

“Amazon” və “Washington Post”un sahibi, Trampın mətbuat aləmində çoxsaylı qapazaltıya çevirdiklərindən biri Ceff Bezos heç nəyə baxmayaraq təkcə seçilmiş prezidentə deyil, həm də onun qızı İvankaya xəfifcə yaxınlaşmağa cəhd edib. Tramp kampaniya vaxtı bildirib ki, “Amazon”un “vergilər mənasında əlindən qan damır” və prezident olarsa, “onların problemi olacaq”. Amma Tramp indi Bezosu –“yüksək səviyyəli dahi”ni qəflətən tərifləməyə girişib.

İlon Mask Tramp-tauerdə Trampı dilə tutub ki, yeni administrasiya onun Mars proqramına qoşulsun və o bundan yapışıb. “Blackstone Group”-un başçısı, Kuşnerin dostu Stiven Şvartsman Trampın yanında iş adamları şurası təşkil etməyi irəli sürüb və Tramp ideyanı qəbul edib.

“Vogue”un naşiri, moda sənayesi kraliçası Anna Vintur Obama dönəmində Amerikanın Britanya səfiri olmağa ümidliydi, baş tutmayanda isə Hillari Klintonun yaxın müttəfiqi oldu. Amma Vintur indi Tramp-tauerə gəlib (düzdür, foromüxbirlərin kameraları altında ora girməkdən təkəbbürlə imtina edib) və xeyli sırtıqlıqla həmin vəzifəyə öz namizədliyini Trampa təklif edib. Və ideya Trampa maraqlı görünüb (Bennon qeyd edib – “Xoşbəxtlikdən aralarında heç bir “kimya” baş vermədi”).


Donald Tramp və İlon Mask



Dekabrın 14-də Silisium vadisindən (Kaliforniya ştatında kompüter istehsalıyla məşğul olan yüksəktexnologiyalı şirkətlərin sıxlığı ilə seçilən bölgə-red.) Tramp-tauerə seçilən prezidentlə görüşə ən yüksək səviyyədə nümayəndə heyəti gəlib, amma Tramp kampaniya zamanı yüksək texnologiyalar sənayesini dəfələrlə tənqid etmişdi. Tramp bundan sonra elə həmin gün Rupert Myordoka (Avstraliya və Amerika mediamaqnatı-red.) zəng edib və o, görüşün necə keçdiyini soruşub.

–Çox gözəl, sadəcə, çox gözəl, – Tramp deyib. – Həqiqətən, çox yaxşı. Bu oğlanlara, doğrudan, mənim yardımım gərəkdir. Obamanın vaxtında onlara çətin idi – onları çox tənzimləyiblər. Mən isə onlara həqiqi mənada yardım edə bilərəm.

–Donald, – Myordok cavab verib. – bu oğlanlar səkkiz il düşünüblər ki, Obama onların cibindədir. Onlar praktik olaraq administrasiyanı yönəldiblər. Onlara sənin yardımın lazım deyil.

–Bəs işgüzar viza məsələsi necə olsun? Onlara bu viza doğrudan lazımdır.

Myordok qeyd edib ki, işgüzar vizaların verilməsinə liberal yanaşmanı Trampın mühacirəti mədudlaşdırmaqla bağlı seçkiqabağı vədlərinə uyğunlaşdırmaq çətin olacaq. Amma, deyəsən, bu, Trampı az narahat edirdi.

–Bunun öhdəsindən birtəhər gələrik, – o, Myordoku əmin edib.

“Necə də lənətə gəlmiş idiotdur!” – Myordok dəstəyi qoyanda köksünü ötürüb.


Trampın həyat tərzi haqda


Trampın prezidentliyinin ilk bir neçə həftəsindən sonra dostlarının arasında onun özünü niyə prezidentsayağı aparmadığı, yeni statusunu diqqətə almadığı və gecə tvitlərindən tutmuş müəyyən edilən ssenariləri gözləməkdən imtina və özünə qarşı mərhəmət doğurmağa çalışdığı dostlarla telefon söhbətlərinə qədər öz davranışını heç cür məhdudlaşdırmadığını əsaslandıran nəzəriyyə yayılıb. Sonra bu söhbətlər mətbuata sızıb. Hər şey bununla izah olunur ki, o, sələflərinin yaşamalı olduğu sıçrayışı yaşamayıb. Prezidentlərin əksəriyyəti siyasətçilərin azdan-çoxdan adi yaşayışından sonra Ağ Evə düşüb və ətrafdakı hər şey onları dəhşətə düçar edib: dəyişən şərait onları xidmətçilər və təhlükəsizlik agentlərilə çevrələndikləri saraya oxşayan evə sürətlə aparıb, təyyarə onları daim hazır vəziyyətdə gözləyib, aşağı mərtəbədə isə saray adamları və müşavirlər məiyyəti gözləyib. Amma bunların hamısı Trampın daha çox zövqüncə və Ağ Evdəkindən daha çox rahatlıq olan Tramp-tauerdəki yaşayışından çox az fərqlənib. Qulluqçular, cangüdənlər, saray əhli və müşavirlər həmişə yaxında, hazır təyyarə – bütün bunlar onun üçün adiydi. Və baş verən dəyişimlərin önəmi ona aydın deyildi.

Amma birbaşa əks nəzəriyyə də var: o, tamamilə çaşmışdı – onun rəvan dünyasında hər şey alt-üst olmuşdu. Bu versiyaya görə, 70 yaşlı Tramp vərdiş adamı idi – o dərəcədə ki, öz çevrəsi üzərində despotik nəzarətə meylli olmayan adam çətin təsəvvür edə bilər. O, bir evdə yaşayıb – 1983-cü ildə Tramp-tauer inşa olunarkən yuxarı mərtəbələrdə böyük məkanda. O vaxtdan bəri hər səhər bir neçə mərtəbə aşağı öz ofisinə düşüb. Onun künc kabineti 80-ci illərin donduğu özünəməxsus “zaman kapsulu” idi: qızılı haşiyəli həmin güzgülər, “Time” dərgisinin divarlarda solan həmin üzqabığı və yeganə əsaslı dəyişiklik buydu ki, 60-70-ci illər Amerika futbolunun ulduzu Co Namatanın avtoqrafıyla topun yerinə XXI əsrin futbol ulduzu Tom Bredinin avtoqrafıyla top peyda olub. Ofis qapısının dalında elə həmin simalardır – “bəli-bəli” deyərək praktik olaraq həmişə çevrəsində olan qulluqçular, cangüdənlər, məiyyət.


Donald Trampın Nyu-Yorkdakı apartamentləri



Trampın köhnə dostlarından biri taleyin bu zarafatına ağızdolusu gülərək izah edir: “Bunun necə məhvedici olduğunu təsəvvür edə bilərsiniz – hər gün eyni şeyi edirsən və birdən Ağ Evdəsən?”

Ağ Ev – köhnə binadır, yalnız ordan-burdan təmir edilən, yenidən konstruksiya olunan və tarakanları, gəmiricilərilə Trampa pis və hətta hürküdücü görünüb.

Mehmanxana işində onun ustalığına valeh olan dostları onun evi niyə təzələmədiyinə təəccübləniblər, amma məlum olub ki, Tramp onu daim izləyən gözlərin qarşısında itib batır.

O, Ağ Evdə öz yataq otağında qərarlaşıb – Kennedinin dövründən bəri prezident cütlüyü ilk dəfə ayrı otaqlarda yaşaıyr, amma Melaniya ümumiyyətlə Ağ Evdə az vaxt keçirir.

O, ilk günlərdə orada artıq burada olan birinci televizora əlavə olaraq iki teleekran qurmağı və qapıya qıfıl tələb edib. Sonuncusu azad giriş hüququna təkid edən Məxfi Xidmətlə qısa toqquşmaya səbəb olub. O, xidmət heyətini döşməyə düşən köynəyini qaldırdığı üçün danlayıb: “Mənim köynəyim döşəmədədirsə, deməli, mən istəyirəm ki, o, döşmədə olsun”.

Sonra bir neçə yeni qayda tətbiq edib: onun əşyalarına, xüsusən də diş fırçasına heç kim toxunmamalıdır (çoxdan qorxur ki, onu zəhərləyə bilərlər; McDonald’s-da nahar etməyinin səbəblərindən biri budur – onun nə vaxt gələcəyini əvvəldən heç kim bilmir, yeməklərin hamısı isə əvvəlcədən hazırlanır).

Bundan başqa, ona nə vaxt mələfə gərəkdiyini heyətə özü deyir və yatağını özü döşəyir.

Axşam yeddinin yarısında Stiv Bennonla yemək təyin edilməyibsə, bu vaxtı, adətən, daha çox xoşuna gəldiyi kimi keçirir: öz çarpayısında çizburgerlə – üç televizora baxır və telefonla tək-tük dostlarilə danışır: onun nə qədər həyəcanlı olduğunu və sonra nəticələri tutuşdurduğunu hər axşam qeyd edən Tom Barrakla daha çox danışır (telefon onun dünyayla yeganə təmas vasitəsidir)….

(ardı var…)

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.