Bennon, Pribus və Kuşner Trampa necə dolab gəliblər –Amerika prezidenti haqda qalmaqallı kitabdan fəsillər

23-05-2018, 00:00           

Maykl Flinn və Rusiyaya qarşı sanksiyalar

“Washington Post”dan Karen De Yanq çərşənbə günü fevralın 8-də Flinnin yanına gəlib ki, razılşama üzrə dərc üçün nəzərdə tutulmayan müsahibə götürsün. Onlar onun kabinetində deyil, Eyzenhauerin İnzibati binasında təmtəraqla bəzədilmiş otaqda görüşüblər – haçansa Yaponiya diplomatlarının Perl-Harbora hücumdan təzəcə xəbər tutan dövlət katibi Kordell Halla görüşü gözlədikləri otaqda.

Bu, bütün zahir əlamətlərə görə adi müsahibəydi və De Yanq teleserialdakı xəfiyyə Kolombo kimi “Həmkarlarım sizdən bunu soruşmağı xahiş ediblər: ruslarla sanksiyalar haqda danışıbsınızmı?” sualını nəzakətlə verərkən heç bir şübhə doğurmurdu. Flinn bildirib ki, onun heç vaxt bu cür söhbəti olmayıb. O, yenidən təsdiq edib – qətiyyən heç bir.

Milli Təhlükəsizlik Şurasının yüksəkçinli əməkdaşının, mətbuat katibi Maykl Entonun qatıldığı müsahibə tezliklə bitib. De Yanq elə həmin gün Entona zəng edib Flinnin bu bəyanatını mətbuatda istifadə edə bilib-bilməyəcəyi haqda soruşub. Enton cavab verib ki, bununla bağlı heç bir problem yoxdur – nəhayət, Ağ Ev Flinndən aydın təkzib istəyib – və bu haqda Flinnə xəbər verib.

Flinn bir neçə saatdan sonra bəyanat haqda narahat olaraq Entona zəng edib. Enton açıq sual verib: “Həmin söhbətin, ehtimal ki, üzə çıxacaq səsyazısının ola biləcyini bilirdinizsə, yüz faiz əmin olardınızmı?” Flinn yayğın cavab verib və qəflətən narahat olan Enton ona məsləhət görüb ki, tam əmin deyilsə, “sözünü geri götürsün”.



Donald Tramp və Maykl Flinn


Növbəti gün “Post”-da dörd həmmüəllifin imzaladığı məqalə ortalığa çıxıb – bu, gözə çarpdırıb ki, De Yanqın götürdüyü müsahibə burada əsas deyil. Onda Kislyakla söhbətin yeni təfərrüatları var idi və “Post” indi əminliklə iddia edirdi ki, bu, sanksiyalara aid idi. Məqalədə Flinnin bəyanatı – “o, iki dəfə yox deyib” – və sonrakı “geri çəkilməyi” də var idi: “Flinn cümə axşamı öz mətbuat katibi vasitəsilə öz bəyanatını təkzib edib”. Mətbuat katibi deyib – Flinn “qeyd edib ki, sanksiyalarn heç bir müzakirəsini xatırlamamaqla yanaşı bu mövzunun heç vaxt qaldırılmadığına əmin ola bilmir”.

Pribus və Bennon “Post”dakı məqalədən sonra Flinnə suallar veriblər. O, görkəm alıb ki, guya nə dediyini xatırlamır. Onlara bildirib – sanksiyalar mövzusu qaldırılsa da, dilucu olub. Maraqlıdır ki, görünür, onların heç biri Kislyakla söhbətin səsyazısını eşitməyib və şərhini oxumayıb.

Bu arada, son anadək Flinnin bəyanatındakı ziddiyyətlərdən xəbədar olmayan vitse-prezidentin komandası incikliyini gizlətməyib – Flinnin mümkün yalanına görə deyil, daha çox onları işin məğziylə tanış etmədiklərinə görə. Lakin prezident soyuqqanlı (başqa versiyaya görə, “təcavüzkarcasına müdafiə olunan”) görünürdü. Və bütün Ağ Ev artıq Flinnə çəp-çəp baxdığı halda onu özüylə Mar-a-Lanqoya Yaponiya baş naziri Sindzo Abeylə planlaşdırılan uik-əndə götürmək qərarına gəlib… O səhər Ağ Evgdəki toplantıda Trampı Flinni işdən çıxarmağa inandırmaq mümkün olmayıb. Bunun qıraqdan necə görünəcəyi onu narahat edib – cəmi 24 iş günündən sonra milli təhlükəsizlik üzrə müşavirdən məhrum olmaq. O, inadla Flinni ruslarla söhbətdə – hətta sanksiyalar barədə qınamaq istəməyib. Trampın baxışınca, öz müşavirini pisləmək onu sui-qəsdlə bağlamağı bildirdərdi, amma heç bir qəsd olmayıb. O, Flinnə deyil, onun söhbətinə “təsadüfən” qulaq asanlara hirslənmişdi. Tramp öz müşavirinə etibar etdiyinə eyham vuraraq Flinnin bazar ertəsi Kanada baş naziri Castin Trüdoyla lançda iştirakına israr edib.

Lançdan sonra qalmaqal haqda daha bir toplantı olub. Telefon söhbətinin daha geniş ayrıntıları, habelə Rusiyanın müxtəlif təşkilatlarının Flinnə ödədiyi pullar haqda məlumat meydana çıxıb. Kəşfiyyat cəmiyyətindən sızmanın, yəni bütün Rusiya qalmaqalının Flinnə qarşı yönəldiyi haqda versiya diqqət mərkəzinə çıxıb. Nəhayət, yeni qərar ortalığa çıxıb: Flinn Rusiya ilə təmaslarına görə deyil, bu haqda vitse-prezidentə yalan danışdığına görə işdən çıxarılmalıdır. Bu, yalnız gerçək iyerarxiyanı təhrif edən uyğun bəhanəydi: əslində, Flinn bu haqda Pensə hesabat verməmişdi, bir də çoxlarının fikrincə, Pensdən daha nüfuzlu simaydı.

Qərarın yeni variantı haqda Trampı məlumatlandırıblar və o, nəhayət, razılaşıb ki, Flinn getməlidir. Amma prezident hətta o zaman da Flinnə inamını itirməyib. O daha çox Flinnin düşmənlərini öz düşməni sayırdı. Rusiyanı isə öz gicgahına söykənən tapança. O, Flinni təəssüflə işdən çıxarmalı olub, amma Flinn yenə də onun adamıydı.

Ağ Evdən qovulan Flinn Trampla Rusiya arasında müəyyən edilən birbaşa ilk bağlayıcı bənd olub. Belə də isə onun kimə və nə deyəcəyindən asılıydı, Flinn indi potensialca Vaşinqtonda ən qüdrətli adam idi.



Trampın heç nə oxumadığı barədə



Tramp heç nə oxumur. Hətta gözucu da nəzərdən keçirmir. Çap edilən mətnlər onun üçün, fərq etməz, mövcud deyil. Bəziləri hesab edirlər ki, o, ümumiyyətlə, praktik olaraq yarısavadlıdır. Bu haqda bəzi mübahsiələr olub, çünki qəzet başlıqlarını və özü haqda məqalələri (yaxud, ən azı, özü barədə məqalələrin başlıqlarını), habelə “New York Post”un altıncı səhifəsindəki dedi-qoduları oxuya bilir. Bəziləri hesab edirlər ki, onda disleksiya (oxu pozğunluğu-red.) var, imkanları aşkarca məhduddur. Başqaları nəticəyə gəlirlər ki, o oxumursa, onda, deməli, bu ona gərək deyil, və bu, populist kimi onun əsas cizgilərindən biridir. O, “savaşsonrası” dünyaya – total televiziyaya məxsusdir.

Amma o, təkcə oxumur, həm də dinləmir. Danışmağa üstünlük verir. Və öz qənaətlərinin nə qədər yerində və ya yararsız olduğunun önəmi yoxdur, buna başqalarınınkından daha çox inanır. Özü də diqqətini nəsə bir şeyə uzun müddət cəmləyə bilmir – hətta bunun diqqətə layiq olduğunu hesab etsə də. Buna görə də təşkilata az bilən və tamamilə öz instinktinə güvənən adama etibar etməyə imkan verən daxili məntiqi əsaslandırma sistemi lazım idi, lakin şüursuz şəkildə formalaşan fikir tez-tez dəyişə bilər…



Bennon, Kuşner, Pribus: Trampı necə fırladırlar



Kabineti Oval kabinetin birbaşa görüntü hüdudunda olan Uolş prezidentlə onun əməkdaşları arasındakı informasiya axınının, bir növ, start nöqtəsində yerləşirdi. Bu qadın Trampın cədvəlinə sorumluydu, vəzifəsi prezidentin vaxtının səmərələşdirilməsi və Ağ Evin müəyyən etdiyi prioritetlərə uyğun olaraq ona çatan informasiya axınını təşkil etmək idi. Uolş var gücüylə prezidenti fırlatmağa çalışan üç adam – Bennon, Kuşner və Pribus arasında praktik vasitəçi olub.



Onlardan hər biri prezidenti, bir növ, ağ vərəq, ya da oxunmamış mətn kimi görürdü. Uolşun artan inamsızlıqla əmin olduğu kimi, həm də hamısının bu səhifəni necə doldurmaq, ya dəyişdirmək haqda tamamilə müxtəlif ideyaları var idi. Bennon “alternativ sağlar”ın (alt-right) döyüşkən təmsilçisi, Kuşner Nyu-York demokratı, Pribus isə respublikaçı isteblişmentin təmsilçisiydi. “Stiv bir milyon adamı ölkədən qovmaq, milli səhiyyə haqda qanunu ləğv etmək və ticarətimizi tamamilə məhv edəsi bir yığın tarif tətbiq etmək istəyir, Caredi isə ticarət və ailənin planlaşdırılması federasiyasını müdafiə eləmək maraqlandırır”. Pribus isə, ümumiyyətlə, istərdi ki, Donald Tramp tamam başqa tip respublikaçı olsun.

Uolşun fikrincə, Stiv Bennon Stiv Bennonun Ağ Evini, Cared Kuşner Maykl Blumberqin Ağ Evini, Rayns Pribus isə Pol Rayanın Ağ Evini yönəldib. 1970-ci illərdə belə bir videooyun var idi – ağ kürəcik qara üçbucaqda ora-bura atılırdı.

Zəif bənd sayılan, gah Bennona, gah da Kuşnerə aparatın faktiki başçısı olmaq imkanı verən (bu haqda müxtəlif fikirlər var idi) Pribus ən böyük cinsdən olmasa da, əsil savaş köpəyi çıxdı. Trampizm həm Bennonun, həm də Kuşnerin dünyasında respublikaçı meynstrimə (fəaliyyət yönü-red.) heç bir bağlılığı olmayan siyasəti ifadə edib: Bennon bu meynstrimə nifrət edib, Kuşner isə demokrat kimi hərəkət edib. Amma Pribus özünü meynstrimin sadiq iti kimi göstərib.

Buna görə də həm Bennon, həm də Kuşner mızı Pribusun öz xüsusi gündəliyi olduğunu aşkarlayanda xeyli hövsələdən çıxmışdılar: o, Senat lideri Mitç Makkonnellin reseptinə uyğun – “bu prezidentin qarşısına nə qoysalar, qol çəkəcək”- hərəkət edirdi və eyni zamanda Ağ Evdə siyasi və qanunvericilik təcrübəsinin yoxluğundan faydalanıb Kapitoliya təpələrinin (Ağ Evin yerləşdiyi ərazi-red.) autsorsinqini (xarici qaynaqdan faydalanmaq-red.) siyasətə mümkün qədər çox oxşadırdı.

***

Bəlkə də, Bennonun opponentinə ən əyani örnək Pol Rayan idi. Bennonizmin məğzi radikal təcrdiçilik, müxtəlif biçimlərdə proteksionizm və sarsılmaz keynsçilik (iqtisadi nəzəriyyə-red.) idi. Bennon bu prinsipləri trampizmə aid edirdi və bu, respublikaçı ideyalara tamamilə zidd idi. Hətta ümumi fikrə görə, Bennon Rayanı Təmsilçilər Palatasının əsas siyasi ağıllısı, tamamilə səriştəsiz olmasa da, dayaz adam və gizli masqarasının daimi, asan hədəfi hesab edirdi. Və prezident Pribus və Rayana instinktiv etibar edirdisə, Bennonsuz da ötüşə bilmirdi. Bennonun nadir bacarığı qismən buydu ki, prezidentin nə dediyini prezidentin özündən yaxşı bilirdi, qismən buydu ki, məharətlə kölgədə qalmağı bacarırdı, amma bu, bəzən özünüreklam qığılcımlarilə əvəzlənirdi – Bennonun baxışlarının tam şəkildə Trampın baxışlarından qaynaqlandığına prezidenti inandırmaq və ya prezidenti təhrik etməkdən ibarət idi. Bennon daxili müzakirələr təşkil etmir, siyasi əsaslanma gətirmir, kompüter təqdimatları sərgiləmirdi. Bütün bunların əvəzində Trampın şəxsi radiosuydu. Tramp istənilən an onu qoşa bilərdi və bundan başqa, Bennonun ideya və baxışlarının ardıcıllığı ona xoş gəlirdi, çox gözəl formulə edilir və dünyanın vahid, əlaqəli mənzərəsi ifadə edilirdi. Amma Tramp onu susdurmağı bacarırdı və Bennon taktiki məqsədlə susurdu ki, sonra yenidən qoşulsun.



Tramp və Stiv Bennon

Kuşnerdə Bennonun nə siyasi təxəyyülü, nə də Pribusun institusional əlaqələri var idi. Amma öz nüfuzu olan ailənin üzvü statusuna malik idi. Bir də milyardçı statusuna. Nyu-Yorklu və beynəlxalq cürbəcür pul adamları ilə, tanışlarla və Trampın dostlarilə, çox vaxt isə Trampa onun istədiyindən daha pis yanaşan adamlarla da iş görürdü. Kuşner bu qayda ilə Ağ Evdə liberal stats-kvonun təmsilçisi olub. O, bir növ, haçansa “Rokfeller respublikaçıları” deyilən, indi isə daha dəqiqliklə “Qoldman-Saks demokratları” adlana biləsi kimsələr kimiydi. O (və ola bilsin, İvanka daha çox) Pribusun da – bir qədər “Günəş zolağı” (Floridadan Kaliforniyayadək güney ştatları-red.) ruhunda qatı sağçının, respublikaçının, yevangelist kilsənin ardıcılının və Bennonun – “alternativ sağçı”, populist və antipartiya dağıdıcısının tam əksiydi. Onların hər biri öz küncündən öz strategiyasını yeridirdi. Bennon Pribus və Kuşneri devirmək üçün əlindən gələni edərək trampizm-bennonizm uğrunda savaşı mümkün qədər tez qoparmağa çalışıb. Artıq “siyasi neofitlər (yeni tərəfdarlar-red.) və bossun qohumlarından” gileylənən Pribus isə Rayanı və Kapitoliya təpələrini özünə tərəf cəlb edib. Dünyada ən hiyləgər oyunçulardan biri olmaq arzusuyla ağrılı sadəlövhlüyünü tez-tez sərgiləyən Kuşner isə siyasət tarixində ən sərt qövslərdən birində (demək olmaz ki, Ağ Evdə hər şey bu cür sərt trayektoriyada idi, amma, Kuşnerinki, bəlkə də, ən sərtidir) heç vaxt tələsməmək və hər şeydə mülayimliyi gözləmək uğrunda çıxış edirdi.

Hər birinin digər ikisinə qarşı duran tərəfdarlar dəstəsi var idi: “bennonçular” öz hədəflərini – hər şeyi mümkün qədər tez dağıtmağı – izləyirdilər, Pribusun fraksiyası diqqəti respublikaçıların Milli Komitəsində ənənəvi respublikaçı siyasəti yürütmək imkanına cəmləmişdi, Kuşner isə arvadıyla hər şeyi edirdi ki, onların proqnozlaşdırılmaz qohumu mülayim və rasional görünsün.

Və bütün bunların ortasında Tramp var idi.


Donald Tramp, Rayns Pribus, Stiv Bennon (ayaqüstə) və Mayk Pens

(…)

Onlardan hər biri prezidentə xəlvətcə yaxınlaşmaq və ünsiyyətdə olmaqda öz hiyləgər üsulunu tapmışdı. Bennon tünd ifadələrlə oyandıran qüvvə nümayişi, Pribus Konqres liderlərinin yaltaqlığını, Kuşner biznes elitasının dəstəyini təklif edirdi. Və ona üç müraciətin üçü də o qədər güclüydü ki, Tramp onların arasında fərq görməməyə üstünlük verirdi. Bu, onun məhz öz vəzifəsindən istədiyi idi və bütün bunları niyə eyni zamanda əldə edə bilmədiyini başa düşmürdü. O, mövcud düzəni dağıtmaq istəyirdi, istəyirdi ki, respublikaçı Konqres qanun layihələrini ona imzalamağa göndərsin və Nyu-York işbazlarının, cəmiyyətin sütunlarının sevgi və sayğısını istəyirdi.

Ağ Evdə kiməsə aydın idi ki, Bennonun adamları partiyanın prezidentə yarınma vasitəsi Pribusdan yan keçməklə hərəkət etməlidirlər, Kuşnerin top-menecerləri isə “bennonçular”dan dəhşətə gəlir və respublikaçı planların böyük qisminə müqavimət göstərirdilər. Lakin prezident hətta bunu anlayırdısa da, bu onu xüsusən narahat etmirdi.

***

Administrasiyanın işini ilk bir neçə ayda bir növ icra iflicinə çatdıran üç centlmenin hər biri qalanlar kimi prezidentə təsirdə də güclüydü və hamısı onu hansısa anlarda eyni dərəcədə hövsələdən çıxarırdı – Bennon, Pribus və Kuşner Trampa təsir və rəqiblərə maneə yaradılması mexanizmi qurdular. Analiz və kompüter təqdimatları iş vermədi. Lakin əvəzində Trampa kimin və nə deyəcəyi önəmliydi. Bennonun xahişiylə ona Rebekka Merser zəng edirdisə, effekt verirdi.

Pribus Pol Rayanın nüfuzuna bel bağlaya bilirdi. Kuşner Trampa zəng haqda Myordokla razılığa gəlirdisə, bu, işləyirdi. Eyni zamanda hər bir uğurlu zəng əvvəlkilərin nəticələrini ləğv edirdi. Bu iflic ona səbəb oldu ki, üç müşavir prezidentə daha bir xüsusən effektli təsir üsuluna – mətbuatdan isitfadəyə bel bağlamağa başladı. Hər biri bu andan etibarən tükənməz sızma qaynağına çevrildi. Bennon və Kuşner var güclərilə çalışırdılar ki, mətbuatda işıqlanmasınlar; administrasiyada üç ən nüfuzlu adamdan ikisi praktik olaraq istənilən müsahibədən və hətta bazar günü səhərlər ənənəvi telediskussiyalardan yayınaraq əsasən tam sükutu qoruyurdu. Maraqlıdır ki, lakin hər ikisi Ağ Ev haqda praktik olaraq bütün məqalələrdə arxa planın səsləri qismində çıxış edirdi. Onlar klinçə (boksda müdafiə üsulu-red.) girməmişdən əvvəl Bennonla Kuşner müttəfiq idilər – hər biri öz-özünə Pribusa hücum edirdi. Kuşner Trampın sevimli səhər teleşoularından birinə – Co Ckarboro və Mika Bjezinski ilə “Conun səhəri”nə üstünlük verirdi.

Bennon üçün ilk giriş limanı ultrasağ KİV-lər idi (Uolşun ifadəsinə görə, “Bennon-Braytbart əməlləri”). Ağ Evdə birinci ayın sonuna doğru həm Bennon, həm də Kuşner “əsas” və “köməkçi” KİV-lər şəbəkəsini qurdular. Daimi sızmaları tez-tez xidmət heyətinin ayağına yazırdılar… …Sızmaların potensial qaynağı hər kəs idi və hər kəs bunda hər kəsi ittiham edirdi.

Sızmalar hər yerdə gedirdi.

(ardı var…)

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.