Rus ordusunda Suriya qiyamı - Əsgərlər yuxarı komandanlığın əmrinə tabe olmur...

21-09-2015, 18:33           
 Rus ordusunda Suriya qiyamı - Əsgərlər yuxarı komandanlığın əmrinə tabe olmur...
Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə silah, sursat və hərb dəstək i verməsi orduda qalmaqala səbəb olub.

Avropa.info xəbər verir ki, Rusiyanın qazeta.ru saytına müraciət edən rus əsgərləri Suriyada vuruşmaq istəmədiklərini bildiriblər. Saytda dərc olunmuş həmin yazını təqdim edirik:

"Rus Ordusunun Şərq Regionu Hərbi obyektində xidmət edən Aleksey Novorosiyiskiyə (Rusiyanın liman şəhəri, Suriyaya gedən yardımlar buradan yüklənir və yola çıxır) gəlir. Aleksey bura gələrkən əsgər yoldaşlarının artıq Suriyada olduğunu öyrənir. Bundan sonra, özünün də tez bir zamanda Suriyaya göndəriləcəyini eşidən Aleksey Yaxın Şərqə getmək istəmir və bu səbəbdən də qazeta.ru0ya müsahibə verməyə təşəbbüs göstərir.

Alaeksey ilə Novorosiyiskidə bir klubda görüşmək üçün razılaşdıq. Aleksey və yanında 4 pullu əsgər mənimlə görüşmək üçün yanıma gəldilər, Suriyaya getmək və orada ölmək istəmədiklərini deyərək mövzuya girdilər və izah etməyə başladılar.

"17 Avqust günü bir qrup pullu əsgərlə Novorossiysk Tuneli yaxınlığında bir görüş baş tutdu. Başımızdakı komandir bizə "isti ölkələrə" gedəcəyimizi söylədi və gediləcək yerin iqlim şərtlərini izah etməyə başladı. İclasın əvvəlindən məsələnin nə isə başqa bir şeydən ibarət olduğu məlum idi. Bizə isti ölkələrdə gigiyenik şərtlərə necə əməl edəcəyimizi və sorğu zamanı necə davranmaq lazım olduğunu başa salırdı. Biz koramal, gürzə, səhra şəraiti sözlərinə vərdiş deyildik və tədricən cənuba göndəriləcəyimizi anlamağa başladıq. Komandirə hara göndəriləcəyimiz haqda sual verdikdə. O Baş Qərargahın məxfilik haqda qaydalarını xatırladaraq bizə hara gedəcəyimizi bildirməyəcəyini söylədi. Əlavə olaraq normalda bizim kimi pullu əsgərlərin bürokratik prosedurları bir neçə ay davam etdirirdi, lakin gördük ki bu dəfə hər şey bir neçə saat içində oldu".

Aleksey sözə belə davam etdi: "Mən əvvəl Krasnodara göndəriləcəyimizi və orada təlim keçəcəyimizi zənn etdim. Amma sonra düşündüm ki, oraya getsəydik burada toplaşmazdıq. Komandirdəm “siz də bizimlə gedəcəksinizmi?” deyə soruşdum. O “bəli” deyə cavab verdi. Mən komandirdən bir neçə dəfə təkidlə haraya gedəcəyimizi soruşdum. Komandir içini çəkdi və mənə kədərlə "Donbassa gedəcəyimizi düşünürdüm ancaq Suriya çıxdı" dedi. Bu polkun ən yaxşı 20 hərbçisi olaraq orada idik. Bundan əvvəl hara əmr verilmişdisə getmişdik Krıma, Osetiyaya heç fərq etməmişdi. Ancaq Suriya başqadır. Novorossiyskdə iclasımız davam edərkən bir tərəfdən də gəmiyə silahvə sursat yüklənirdi. Yükləmə işlər 7 sentyabra kimi davam etdi."

Gəmiyə nə yükləndiyini kimsə bilmirdi. Ancaq Hərbi Hava Qüvvələrinin rəsmiləri gəmiyə girib çıxırdı. Orada zirehli transportyorlar da gördük. Suriyadan gələnlərin 6 aylığına tətilə göndərildiklərinə dair dedi-qodular gəzirdi. Elə bu vaxt bir əsgər araya girdi - "Sursatın üzərindəki nömrələri silinir, Suriya Hərbi Hava Qüvvələrini gücləndirmək üçün 4 aylıq bir proqram başladı" dedi.

Novorossiysk Limanında mülki şəxslərin girişinin qadağan olduğu bir yer var. Ora girərkən bir neçə nöqtədə yoxlamadan keçirsən. Baryerlərə və kamera qeydiyyatından keçərsiniz. Suriyaya gedəcək silah və sursatın yükləməsi burada gecələr həyata keçirilir. Bundan başqa xalq da uzun müddətdir qatar stansiyalarında bir aktivliyin olduğunu bilir.

Sentyabrın 16-da baş qərargahdan xaricə gedəcək bir neçə sifarişin olduğunu söyləmişdilər. Sonradan öyrəndik ki bu gəmi Laziqiyyə şəhərinə gedir. Baş qərargahın bəzi şəxsləri bu "sifarişlərin" qanun çərçivəsində olub-olmayacağı ilə bağlı açıqlama istədilər. Amma dövlət rəsmiləri etirazları rədd edərək sifarişlərin gizliliyi ilə əlaqədar açıqlama verməkdən imtina etdilər."

Aleksey davam etdi: "Yaralanma yaxud itkin düşmə zamanı ödənəcək təzminat və sığorta ilə bağlı sualıma isə cavab verən olmadı. Komandir sadəcə "Oradan canlı olaraq qayıtmaqdan başqa şansınız yoxdur" dedi. Biz pullu əsgərlərin mövqe yaxud gələcək planları ola bilməz. İki variantımız var; ya dediklərini edəcəyik, ya istefa məktubumuzu təqdim edib gedəcəyik."

Suriyaya getmək məsələsi xoşuma getməmişdi, yerli hərbi prokurorluğa gedib orduda əmrlərə tabe olmamağın cinayət məsuliyyəti haqqında məlumat almaq istədiyimi söylədim, məmur məlumat verməyi rədd etdi. Bir az sonra pullu əsgərlər taborunun iki səlahiyyətli nümayəndəsi gəldi və saatlarla bizə əmrlərin əhəmiyyətindən bəhs etdilər.”

Gazeta.ru oğlu Suriyada döyüşən bir əsgərin anasının da məsələyə münasibətini öyrənib. O açıqlaması zamanı "Niyə gənclərimizi oralara mal sürüsü kimi göndərirlər? Bu bizim döyüşümüz deyil axı" deyə bildirib. Həmin ana bundan başqa oğlunun lazımi tibbi müayinədən keçmədiyini söyləyib. “Kimsə onları Suriyaya göndərərkən bu sağlamlıqlarını nəzərə almır. Ölsələr necə olacaq?” Əsgər anası həmçinin Müdafiə Nazirliyinin onlara təzyiq göstərdiyini söyləyir. Oğullarını itirincə nə olacağını soruşduqları zaman isə nazirlik rəsmiləri əvvəlcə bir gizlilik müqaviləsi imzalamaları lazım olduğunu bildirir.

Suriyaya getmək istəməyən və ordunun onlara və ailələrinə etdikləri təzyiqdən xilas olmaq istəyən pullu əsgərlər Prezident aparatının İnsan Hüquqları Şurasına bir müraciət ünvanlayıb.

Müdafiə Nazirliyi rəsmiləri isə bu müraciətə belə cavab verib: "Əfqanıstan və Çeçenistana əsgər göndərərkən də bu cür idi. Bu insanlar səhv peşə seçmişlər. Bu peşənin ölüm və yaralanma kimi təhlükələri olduğunu hər kəs bilir."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.