Rusiya Qarabağdan Suriyaya yol axtarır: - 5 rayon əvəzində tranzit

26-09-2015, 19:23           
Rusiya Qarabağdan Suriyaya yol axtarır: - 5 rayon əvəzində tranzit
Avropa Parlamentinin tənqidi qətnaməsindən təhqir olunmuş rəsmi Bakı AB-ni “Şərq tərəfdaşlığı” proqramından çıxmaqla hədələdi. Azərbaycanın Avropa Birliyindən uzaqlaşması Rusiyaya əl verir. Kreml yaranmış diplomatik boşluğu doldurmağa məmnunluqla girişdi. Axı bu, ona dərhal bir neçə xarici syasət hədəflərini əldə etməyə imkan verir.

Krım timsalı

Birincisi – indiyədək dondurulmuş vəziyyətdə qalan və nəzarətdən çıxmaq üzrə olan Qarabağ münaqişəsinin “isinmə”sinə imkan verməmək. Çünki hər iki tərəf öz maraqları üçün Krım timsalından məmnuniyyətlə istifadə etməyə hazırdır. Bakıda və İrəvanda Krımın Rusiya tərəfindən işğalını müxtəlif cür şərh edirlər. İrəvanda Qarabağın indiki sərhədləri çərçivəsində tanınmaq imkanından danışırlar. Bakıda isə Krımın tumsalında keçmiş ərazilərin zorla qaytarılması imkanını görürlər. Yerli mətbuatın təhlili əsasında fikir yürütsək, Azərbaycan ictimai fikri “kiçik zəfər mühaibəsi”nə tam hazırdır. Qondarma Dağlıq Qarabağın silahlı qüvvələri də (əlbəttə, Ermənistanın qeyri-rəsmi dəstəyi ilə) Bakıya yürüşdən danışır və xatırlayır ki, keçən dəfə Gəncə şəhərini götürməyə ancaq sülhün bağlanması mane oldu. Sovet dövrünün inzibati sərhədləri ilə uyuşmayan, lakin sülhün bağlandığı anda real hərbi durumu əks etdirən təmas xəttində gündə yüzə qədər artilleriya atəşi açılır. Ermənilər azərbaycanlıları fitnəkarlıqda ittiham edir, azərbaycanlılar isə əhalisinin 20%-i silah altında olan Dağlıq Qarabağın sakinlərini. Lakin bu gün Qafqazda tammiqyaslı müharibə Moskvanın marağında deyil. Kremlin Ermənistan və Azərbaycanda kəskin şəkildə artan diplomatik fəallığı da bununla izah olunur.



Diplomatiyanın əvəzində tranzit

Moskvanın ikinci məqsədi Azərbaycan ərazisindən və hava məkanından Suriyaya özü üçün tranzit zəmanəti yaratmaqdır (bu cür ehtiyac yaranarsa). Suriya əməliyyatı tədricən Rusiyanın ən başlıca hərbi-siyasi kozırlarından birinə çevrilir və onu iflasdan ən yüksək səviyyədə sığortalamaq lazımdır. Buna görə də Kreml Azərbaycanın AB ilə qovğasından mümkün qədər fəal şəkildə istifadə etməyə və Bakını öz təsir dairəsinıə qaytarmağa ümid edir. Qarabağ münaqişəsinin dinc nizamlanma planının təklifi və qismən icrası bu işdə Rusiya üçün ideal alətdir.



Moskva üçün uğurlu ssenari

Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın ortalarında gözlənilmədən Moskvaya səfər edərkən Rusiya ona hansı güzəştli həll variantı təklif edə bilərdi? Çox güman ki, resept son illərdə güclü şəkildə dəyişilməyib. Söhbət Ermənistanın işğal etdiyi rayonların Azərbaycana qaytarılmasından gedir. Lakin hamısını yox, yalnız beşini – həm də tədricən. Daha ciddi zəmanət olmasa, ikisini isə Ermənistan heç vaxt qaytarmağa razılaşmaz, çünki onlar Ermənistanla qondarma Dağlıq Qarabağ arasında “körpücük” rolunu oynayır.

Əvəzində nə? Birbaşa və dolayı müavinətlər, Rusiyanın yeni hərbi zəmanətləri. Variant kimi Rusiyanın təkcə Ermənistanda hərbi bazalarını deyil, yükləri Suriyaya atmaq görüntüsü altında Azərbaycanda tranzit məntəqələri yaratmaqla mürəkkəb bir sxem. Moskvada hadisələrin bu cür inkişafından çox şad olardılar. Çünki bu, təkcə bütün Güney Qafqazı Rusiyanın nəzarətinə keçirtməz, həm də Suriya əməliyyatı üçün onu ideal bazaya çevirərdi. Əslində, ABŞ-dan sərt zidd fəaliyyət görməmək üçün yalnız bu bəhanə altında Azərbaycana baza təklif etmək olar. Bu plan Kreml üçün ideal həll olardı. Qarabağdakı münaqişə həll edilmir, yenidən dona verilir, bölgədə iştirak, həm Ermənistana, həm də Azərbaycana təsir yalnız güclənir. Bu sxemdə isə minuslar tapmaq praktik olaraq mümkün deyil. O, ərazilərin bir hissəsindən imtinanı izah etməli olası Ermənistan və Qarabağın indiki hökumətlərinə də problemlər yaradacaq, Azərbaycan prezidenti İlham Əliyevə də. Kreml isə ancaq qazanc götürür.(strateq.az)

İvan Preobrajenski

"Deutsche Welle" (Almaniya), 25.09.2015












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.