Tramp İsrailin istəklərini BİR-BİR HƏYATA KEÇİRİR

13-09-2018, 02:59           
Tramp İsrailin istəklərini BİR-BİR HƏYATA KEÇİRİR
Türkiyənin “Akşam” qəzetinin internet variantında ABŞ prezidenti Donald Trampın iqtidara gəldiyi 20 yanvar 2017-ci il tarixindən bəri, bir əsrə yaxın müddətdə davam edən İsrail-Fələstin probleminin həllinə gedən bütün yolları bağlayaraq, İsrailin istəklərini bir-bir yerinə yetirdiyi barəsində məqalə dərc edilib.

Qəzet yazır ki, Tramp Amerikadakı seçki kampaniyasını İsrail təəssübkeşliyi üzərində quraraq, yəhudi lobbisinin dəstəyini qazanmağı bacarıb, prezident seçildikdən dərhal sonra İsraili dəstəkləyən siyasət yürüdəcəyini göstərməyə başlayıb bə bununla da İsrail-Fələstin probleminin həllində Amerikanın “vasitəçilik” roluna son qoyub.

Qəzetin yazdığına görə, Tramp iqtidara gəldikdən sonra Səudiyyə Ərəbistanı, BƏƏ və Misir dövlətləri ABŞ-İsrail siyasətinin tərəfini tutmağa başlayıblar. Tramp öz ilk xarici səfərini əvvəlcə Səudiyyə Ərəbistanına, ardından da İsrailə etməklə bu de-fakto ittifaqı meydana çıxarmış oldu.

“İsrailə səfərimin əsl səbəbi ABŞ ilə İsrail arasındakı münasibətləin pozulmasının qeyri-mümkün olduğunu göstərmək üçün üçündür” deyən Trampın cavabında İsrailin baş naziri B.Netanyahu demişdi: “Bundan əvvəl heç bir ABŞ lideri ilk xarici səfərini İsrailə etməmişdi. Bu, bizim üçün tarixi səfərdir”.

Tramp İsrailə olan meylliliyini yəhudi dövlətinin qlobal və regional miqyasdakı manevrləri ilə bağlı tələblərini bir-bir yerinə yetirməklə isbat eləməkdədir. Trampın komandasında Fələstin və İsrail məsələsi ilə əlaqədar şəxslərin əksəri yəhudidir. Onların sırasında ABŞ-ın İsraildəki səfiri Devid Fridman, kürəkəni və eyni zamanda müşaviri olan Care Kuşner və Fələstin-İsrail məsələsi üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt var.

Problemin ikidövlətli həll yolu lüğətdən çıxarıldı

İsrailin baş naziri B.Netanyahu bundan əvvəl verdiyi açıqlamalarda İsrail-Fələstin probleminin ikidövlətli həlli yolunu qəbul elədiyini bildirsə də, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olacaq şəkildə müstəqil Fələstin dövləti tələbini rəd eləmişdi. İsrail-Fələstin sülh danışıqlarında vasitəçilik rolunu üzərinə götürən ABŞ hökuməti uzun illər boyunca ikidövlətli həll yolunun tətbiqi üçün səy göstərdiyi halda, Trampın gəlişi ilə bu variant unuduldu. Tramp 2017-ci ilin fevralında ikidövlətli həll variantını qəbul edəcəyini bildirsə də, İsrailin müsbət yanaşmaması səbəbindən məsələ ABŞ tərəfindən bir daha gündəmə gətirilmədi.

Fələstinlilərin ərazilərində - İordan çayının qərb sahillərində və Qüdsün şərqindəki illeqal yəhudi yaşayış məntəqələrinin qanuniləşdirilməsi baş verdi.

2017-ci il dekabrın 6-da ABŞ prezidenti D.Tramp Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımaq qərarını elan elədi. Bundan sonra keçirilən etiraz aksiyalarında İsrail qüvvələri azı 16 nəfər fələstinlini qətlə yetirib, yüzlərlə etirazçını yaraladılar.

2018-ci il, mayın 8-də Ağ Evdə çıxışı zamanı Tramp ABŞ-ın 2015-ci ildə İranla imzalanan nüvə müqaliəsindən çıxdığını və Tehrana qarşı sanksiyaları yenidən tətbiq edəcəyini bəyan edir.

Yenə də Trampın qərarı ilə, İsrailin yaradılmasının 70-ci ildönümündə, yəni bu il mayın 14-də ABŞ-ın Tel-Əvivdəki səfirliyi İsrail hərbçilərinin müşayiəti ilə Qüdsə köçürüldü.

ABŞ XİN mətbuat katibi Nizer Noyert avqustun 31-də bəyan elədi ki, ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə yardımlarını tamamilə dayandırmağı qərara alıb.

Tramp sentyabrın 6-da verdiyi açıqlamada Fələstin rəhbərliyinin ABŞ-ın vaitəçiliyi ilə İsrail ilə sülh danışıqlarında iştirak eləməyi qəbul edənə qədər Fələstinə maliyyə yardımı etməyəcəklərini bəyan elədi.

Trampın bu açıqlamasından iki gün sonra ABŞ iqtidarı işğal altındakı Şərqi Qüdsdə fələstinlilərə xidmət edən xəstəxanalaya verilməsi nəzərdə tutulan 20 milyon dollardan artıq yardımı kəsməyi qərara aldı.

Donald Tramp Fələstin-İsrail məsələsinin həlli üçün hazırladığı və “Əsrin müqaviləsi” adlandırdığı, İsrailin lehinə olduğu üçün Fələstinin qəbul eləmək istəmədiyi planı həyata keçirmək, Fələstin rəhbərliyini diz çökdürmək üçün maliyyə yardımlarını kəsmək yolundan istifadə edir.

Tramp iqtidarının son olaraq, sentyabrın 10-da Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisini bağlamaq qərarı İsrailin tələb siyahısının tacı oldu.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.