Lökbatan qəsəbəsində növbəti abad məhəllə - FOTO
23-09-2020, 17:54
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunun bütün qəsəbələrində geniş abadlıq-quruculuq işləri aparılır, qəsəbədaxili yollara asfalt örtüyü salınır, yolların kənarlarında küçə işıqları quraşdırılır.
Teref.az xəbər verir ki, 23 sentyabr 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti abad məhəlləyə baxış keçirilmişdir.
İstifadəyə verilmiş abad məhəllədə Lökbatan qəsəbəsi, Mehman Həsənov küçəsi, 2a, 2, 14 və 1 saylı binaların qarşısında yerləşir. Yeni salınmış abad məhəllənin ərazisinin sahəsi 1.2 ha. Bu ərazidə 3 ədəd 9 mərtəbəli bina yerləşir. Bu binalarda cəmi 270 ədəd mənzil, 1118 nəfər əhali yaşayır.
Bu ərazidə 4500 m2 asfalt işləri yerinə yetirilmişdir. Əraziyə 1500 m3 qum-çınqıl və torpaq verilmişdir. 716 m2 hörgü, 1600 m2 emulsiya işləri, 1400 m2 suvaq işləri yerinə yetirilmişdir. 198 p/metr beton bordür, 355 p/metr səki daşları, 294 m2 aqlay, 242 m2 tamet döşənmişdir. Burada 4 ədəd kölgəlik, 19 ədəd küçə işığı, 15 ədəd oturacaq quraşdırılmışdır.
Yeni ərazidə 560 m2 yaşıllıq zolağı salınmış, 50 ədəd zeytun, 10 ədəd kiparis, 600 ədəd gül kolları (oleandr) əkilmişdir. Yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün 280 p/metr su xətti çəkilmişdir. Çoxmərtəbəli yaşayış binalarında 280 p/metr metal çərçivə və blok girişlərində 44 p/metr pilləkən məhəccəri quraşdırılmışdır.
Uşaqların istifadəsi üçün 6 ədəd qurğudan ibarət 2 usaq meydançası quraşdırılmışdır. Abad məhəllənin həyətində 660 u.m yol cizgi xətti çəkilmişdir.
Abad məhəlləyə baxış keçirərkən orada olan ağsaqqallar burada yaşayan 270 yaxın ailə adından əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirmiş və rayon İcra hakimiyyətindən öz minnətdarlıqlarını ünvanına çatdırılmasını xahiş etmişlər.