Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

5-12-2020, 09:27           
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Göyçay şəhər sakini Xasi Məmmədov COVİD-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub. Ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.