Göyçayda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

16-09-2021, 11:58           
Göyçayda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, şəhər sakini Akif Bayramovun narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. A.Bayramovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 320 qram olan narkotik tərkibli çətənə kolları aşkarlanıb.Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru