Oktyabrın 19-na hava proqnozu

18-10-2021, 16:46           
Oktyabrın 19-na hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.
Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 19-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru