Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb

25-01-2022, 08:52           
Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı gecə saatlarında Qullar kəndi ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, müvafiq araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin Qullar kənd sakinləri-Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib. Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Sinxron- Əhmədullah İsmayılov

Sinxron- Ceyhun Rəhimov













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.