Markov Rusiyanı tərk edəcək? - Özü açıqladı Bu gün, 15:44 Rusiyalı politoloq Sergey Markov ölkəni tərk etmək niyyətində deyil.Bu barədə o, "Telegram" kanalında məlumat verib.Markov vurğulayıb ki, heç yerə getməyəcək, çünki Rusiya onun sevimli ölkəsidir.Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək. Facebook-da paylaş