Maduro Trampa səsləndi : “Heç kim Venesuela torpaqlarına toxuna bilməz”

Bu gün, 15:29           
Maduro Trampa səsləndi :
ABŞ Prezidenti Donald Tramp Latın Amerikası narkotik kartellərinə qarşı mübarizə çərçivəsində ordunun rolunu artırmaq barədə fərman imzalayıb. CNN-in məlumatına görə, qərardan sonra bölgəyə 4 min dəniz piyadası göndərilib. Avqustun 15-də isə Venesuela sahillərinə üç hərbi gəmi yola salınıb.

Venesuela Prezidenti Nikolas Maduro buna sərt reaksiya verib: "Heç kim Venesuela torpaqlarına toxuna bilməz, biz onları qoruyuruq.”

O, ABŞ-ın narkotik siyasətini tənqid edərək bildirib ki, Vaşinqton mübarizəni Kolumbiya və Mərkəzi Amerikadakı narkotik mafiyalarına qarşı aparmalıdır.

Maduro həmçinin ABŞ-ı digər ölkələrə müdaxilədə ittiham edib:

“Əfqanıstana, İraqa və Liviyaya terrorizm bəhanəsi ilə girdilər, indi isə bizi ittiham edirlər. Venesuela torpaqları narkotikdən təmizdir.”

Prezident əlavə edib ki, ABŞ narkotiklərin əsas marşrutunu nəzərə almır:“Onlar Kariblərdə qüvvə toplayır, amma narkotiklərin böyük hissəsi Pasifikdən daşınır.”

Maduro ABŞ-da narkotik istifadəsinin ən yüksək səviyyədə olduğunu vurğulayaraq “Onlar öz xalqlarını müalicəsiz qoyublar, ‘narkotikə qarşı müharibə’ isə uğursuzdur” deyib.

Sonda o, müstəqillik və həmrəylik çağırışı edərək Venesuelanın Kolumbiya ilə narkotiklərlə mübarizədə əməkdaşlığa hazır olduğunu bildirib.

Yenifikir.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru