Bakıda və Abşeron yarımadasında qar yağıntısı gözlənilir

25-01-2022, 14:17           
Bakıda və Abşeron yarımadasında qar yağıntısı gözlənilir
Yanvarın 27-si gündüzdən 28-i səhədərək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu 2-6° isti olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru