Baş naziri: Qətər Qəzzada sülh üçün fəaliyyətini davam etdirəcək

Bu gün, 12:34           
Baş naziri: Qətər Qəzzada sülh üçün fəaliyyətini davam etdirəcək
İsrailin atdığı addımlar Qətərin Qəzza münaqişəsinin həlli istiqamətində göstərdiyi vasitəçilik səylərinə mane olmayacaq.
APA-nın xəbərinə görə, bunu Qətər Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani Fövqəladə Ərəb-İslam Sammitində bildirib.
İsrailin Dohada HƏMAS iqamətgahına zərbə endirməsinə toxunan Məhəmməd bin Əbdül Rəhman Al Tani qeyd edib ki, Qətər Misir və ABŞ ilə birgə ədalətli və davamlı sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək: “Qətərin siyasəti “ədalətli və hərtərəfli sülhün yeganə strateji seçim” olması prinsipinə əsaslanır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru