"Biz Bizə" restoranında müştəri narazılığı: "Göyərtidən həşərat çıxdı, terminal yoxdur" FOTO

Bu gün, 12:48           
"Biz Bizə" restoranında müştəri narazılığı:
Nizami rayonu, Qara-Qarayev prospektində yerləşən "Biz Bizə" restoranı şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə narazılıq paylaşılıb.

32gun.az xəbər verir ki, müştəri iddia edir ki, səhər yeməyi zamanı təqdim olunan göyərtilər yuyulmamış vəziyyətdə olub və içərisindən həşərat çıxıb.

Onun sözlərinə görə, məsələni ofisianta bildirsə də, boşqabı götürüb heç bir izahat və üzr verilməyib:
"Göyərtilər yuyulsa yaxşı olar" dedim, amma sadəcə götürdülər və bir də qayıtmadılar.

Şikayətçi həmçinin ödəniş sistemi ilə bağlı ciddi problem yaşadığını vurğulayıb. Restoranda hesabı ödəmək istəsə də, əvvəlcə terminalların “şarjda olduğu” deyilərək gözləməsi istənilib. Daha sonra isə administrator terminal olmadığını bildirərək kartdan-karta köçürmə tələb edib:
"O boyda restoran şəbəkəsində necə terminal olmur, kartdan-karta ödəmə istəyirlər – anlamıram."

Müştərinin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru