Kürdəmirdə narkotacir saxlanıldı

27-01-2022, 19:42           
Kürdəmirdə narkotacir saxlanıldı
Kürdəmir rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə psixotrop maddə olan metamfetamin, heroin və tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru