Yanvarın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

30-01-2022, 17:41           
Yanvarın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-12° isti,

Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru