Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.

31-01-2022, 11:59           
Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qalaqayın kənd sakinləri Ramil Orucov və Elşən Məmmədov saxlanılıblar.

Həmin şəxslərin ünvanlara keçirilən baxış zamanı R.Orucova məxsus fərdi yaşayış evindən sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 634 qram, E.Məmmədova məxsus evdən isə 140 qram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində eyni cinayət əməli ilə məşğul olan Biləsuvar rayon sakini Heydər Qasımlı da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 büküm psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru