Balakəndə gecə saatlarında fəaliyyət göstərən çay evinin icarədarı və müştəriləri cərimələnib

31-01-2022, 12:03           
Balakəndə gecə saatlarında fəaliyyət göstərən çay evinin icarədarı və müştəriləri cərimələnib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı şəhər ərazisində yerləşən “Buta” adlı çay evinin karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,obyektə baxış zamanı icarədar Məhəmməd Tağıyevin kafedə olan müştərilərə xidmət göstərdiyi məlum olub. Onunla profilaktik söhbət aparılıb və qaydalara riayət etməsinin vacibliyi diqqətinə çatdırılıb.

M.Tağıyev və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq cərimələniblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru