Şirvan şəhərində silah-sursat aşkar olunub

31-01-2022, 12:07           
Şirvan şəhərində silah-sursat aşkar olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan RQD-5 əl qumbarası, 7 ədəd minamyot mərmisi, 4 ədəd top mərmisi, 2 ədəd 30 mm-lik boş giliz və 2 ədəd döyüş başlığı aşkar olunub.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru