Şirvanda işıq dirəkləri oğurlayan şəxs saxlanılıb

31-01-2022, 12:08           
Şirvanda işıq dirəkləri oğurlayan şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrəhimov saxlanılıb.
Faktla bağlı həmin şəxs barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru