Paytaxtda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi

25-02-2022, 18:26           
Paytaxtda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi
Xalqımızın qan yaddaşı, dinc insanlara qarşı Erməni millətçilərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə qurumun əməkdaşları və struktur bölmələrin işçilərinin iştirakı ilə növbəti iməclik təşkil edilib.

İməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 613 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkildi.

Keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, ərazi üzrə cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.