Bakıda və Abşeron yarımadasında martın 4-də hava necə olacaq

3-03-2022, 16:49           
Bakıda və Abşeron yarımadasında martın 4-də hava necə olacaq
Martın 04-ü gün ərzində arabir yağış yağacağı gözlənilir. Martın 04-də cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 05-də yenidən güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 03-dən 04-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı, 04-də bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, 05-də yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz

Martın 04-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Hidrometeoroloji Proqnozlar

Bürosunun direktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru