Oğuzda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

22-03-2022, 20:14           
Oğuzda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid ailələri və aztəminatlı soydaşlarımıza baş çəkiblər.
Şəhid ailələri ilə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən asayiş keşikçiləri gətirdikləri sovqatları onlara təqdim ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru