Azərbaycanlıların 31 mart soyqırımı ilə bağlı Qorqud partiyasının bəyanatı

30-03-2022, 15:04           
Azərbaycanlıların 31 mart soyqırımı ilə bağlı Qorqud partiyasının bəyanatı
Bildiyimiz kimi 31 mart 1918-ci il tarixində, bu gün özünü erməni adlandıran toplumun əcdadları, Bakı və ətraf bölgələrdə, Şamaxı, Quba, Zəngəzur, Qarabağ və s. ərazilərdə Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmiş və ümumilikdə on minlərlə soydaşımızı qətlə yetirmişlər. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra bununla bağlı 31 mart gününü ümummilli matəm günü elan etmiş, lakin Cümhuriyyətin süqutu bu qətliyamın soyqırım adlanması işini yarımçıq qoymuşdu. Sovet illərində bu qətliyam bizlərə unutduruldu və biz, əli əcdadlarımızın qanına batmış bir xalq ilə eyni məkanda bir ailə kimi yaşadıq. Bu illər ərzində də ermənilər gizlində bizlərə qarşı öz düçmənçiliklərindən əl çəkmədilər və bu məqsədlə müxtəlif toplantılar keçirib, fondlar yaradıb, maddi vəsaitlər topladılar. Ermənilərin Azərbaycana qarşı torpaq iddiası növbəti dəfə 1987-ci ildə başladı. Onların xalqımıza olan bu düşmənçiliyi, Sovetlər birliyinin dağılmasına təkan verdi. 1992-ci il fevralın 26-da erməni faşistləri Azərbaycanın Xocalı şəhərində növbəti soyqırım törətdilər.
Bəs necə ola bilər ki, bizə qarşı qonşularımız bir əsrin içində iki dəfə soyqırım törətsinlər, biz isə hələ də onlarla dostluğun, qonşuluğun mümkün olmasına inanaq. Heyvan belə bir palçığa iki dəfə batmır. Biz artıq bu olmuşlardan qəti nəticə çıxarıb gələcəyimizi düşünməliyik. Xalqımız birdəfəlik bilməlidir ki, ermənidən bizə dost olmaz. Bizim Atalar sözümüzdə də birmənalı bildirilir ki, - "Qarı düşmən dost olmaz, yedirtsən yağı, balı". Bütün bunlara görə ölkəmizin geosiyasətində də erməni nanəcibliyi nəzərə alınmalı və Ermənistanla münasibətlərimiz xüsusi çərçivədə tənzimlənməlidir. Hər bir azərbaycanlı bilməlidir ki, erməni ilə azərbaycanlı müxtəlif qütblərin insanlarıdır və bu xalqla yaxşı qonşu kimi dinc-yanaşı yaşamaq mümkün deyil. Olmuşları unutmamaq, atalarımızın bu mənada buraxdığı səhvləri təkrarlamamaq üçün övladlarımıza məktəb illərindən, bu xalqın mahiyyəti, onların mənəviyyatsızlığının səbəbləri izah olunmalıdır.
Mərhum prezidentimiz Heydər Əliyev 1998-ci ilin mart ayında, 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi ilə bağlı fərman imzalamışdır. Məntiqli olar ki, bu gün məktəblərdə bütün dərslər bu soyqırıma həsr olunsun. Məşhur insanların erməni xalqı haqda dedikləri məktəblilər üçün kitab şəklində dərc edilsin və tədrisdə, onları mənəviyyatsızlığa sürüyən heyvani qüvvələrin ağıl qüvvələrindən üstün olması izah olunsun. Həyata qədəm qoyan gənclərimiz bilməlidirlər ki, ermənilər - əsli kökü olmayan qullar nəslidir və onların min illik qul psixologiyası, onlarda ağalarına qarşı daxili nifrət formalaşdırmışdır. Vəhşi heyvanın xisləti parçalamaq olduğu kimi, bu tip insanların da xisləti imkan yaranan kimi düşmənçilik etməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bir əsrdə iki dəfə soyqırıma məruz qalmışdır. Üçüncü soyqırım artıq Azərbaycan xalqının özünün kamil insan nəsli olmaması demək olacaq. Bu tip insanlarla münasibətdə biz "çomağımızı yerə qoymamalıyıq". Azərbaycan xalqı olanlardan nəticə çıxarmalı və keçmişini heç vaxt unutmamalıdır.

Qorqud partiyasının sədri Firudin Kərimov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.