31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba Rayon Polis Şöbəsində tədbir keçirilib.

30-03-2022, 19:26           
31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba Rayon Polis Şöbəsində tədbir keçirilib.
31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar Quba RPŞ-də tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixçi Taleh Bəşirov ermənilərin “Böyük Ermənistan” xülyaları yolunda azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından bəhs edib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınların Bakı şəhəri ilə məhdudlaşmadığı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetirdikləri xatırlanıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanıdığı diqqətə çatdırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru