Saatlıda polis əməliyyat keçirdi – narkotacir həbs olundu

6-04-2022, 17:16           
Saatlıda polis əməliyyat keçirdi – narkotacir həbs olundu
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş İsməli Fərəcov saxlanılıb.
Saxlanılan zaman ondan narkotik vasitələrin satışından əldə etdiyi pullar, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən narkotik maddə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru