Göyçay rayonunda mağazada quldurluq edən şəxs tutulub

6-10-2022, 18:20           
Göyçay rayonunda mağazada quldurluq edən şəxs tutulub
Göyçay şəhəri ərazisində yerləşən mağazaların birində quldurluq hadisəsi baş verib. Maskalı şəxs obyektə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, kassada olan 500 manat pulu ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər icra edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib.O, ifadəsində əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq hərəkətləri davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru