"Kristal Abşeron" qardaş Türkiyəyə dəstək üçün ianə etdi

8-02-2023, 23:35           
"Kristal Abşeron" qardaş Türkiyəyə dəstək üçün ianə etdi
7NEWS.az xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat paylaşılıb: "Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələlər hər birimizi dərindən sarsıtdı. Faciə zamanı həlak olanlara Allahdan rəhmət, onların yaxın və doğmalarına səbr diləyirik, yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.

Davam edən axtarış və xilasetmə əməliyyatlarına Kristal Abşeron olaraq öz dəstəyimizi göstərmək adına T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı - AFAD-a 600 000 TL ianə etdik və 650 000 TL dəyərində isə Türkiyədən qida məhsulları, Azərbaycandan isə bir sıra zəruri ləvazimatlar (çadır, yataq dəstləri və çarpayı, masa, oturacaq, qızdırıcı və s.) alaraq zəlzələ bölgəsinə göndəririk.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru