Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

9-02-2023, 08:01           
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı üç nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini T.Yusibov, Zərdab rayon sakinləri N.Mütəllimli və Ə.Məhəmmədli olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə kağız və sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitələr aşkarlanaraq götürülüb. Hər üç şəxs izahatlarında qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.
Saxlanılanlar barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru