Qəbələdə ətraf mühiti çirkləndirənlər barəsində qanunamüvafiq tədbirlər görülüb

9-02-2023, 19:27           
Qəbələdə ətraf mühiti çirkləndirənlər barəsində qanunamüvafiq tədbirlər görülüb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənar ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.