Kürdəmirdə ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər müəyyən edilib

12-02-2023, 15:48           
Kürdəmirdə ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər müəyyən edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirilib.
Keçirilən tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb. Qeyd edilən qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.
Onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru