İsmayıllıda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı profilaktik tədbirlər keçirilib

15-02-2023, 20:56           

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib. Həmin sürücülərə özlərinin və digərlərinin sağlamlığına laqeyd yanaşmamaları tövsiyə olunub. Sadalanan qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.