Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

16-02-2023, 11:12           
Hacıqabulda maarifləndirmə tədbiri keçirilib
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O, qeyd edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru