Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın və kişi saxlanılıb

16-02-2023, 11:17           
Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın və  kişi saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat
zamanı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşlar, rayon
sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə
Hacıyeva saxlanılıb. Şəxsi axtarış zamanı qadından metamfetamin,
R.Balacayevdən isə heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə
onların yaşadığı ünvana da baxış keçirilib və oradan külli miqdarda heroin
aşkarlanaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslər ifadələrində həmin narkotik
vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından
onlayn yolla aldıqlarını bildiriblər.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq
hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulub
və onun qadın olduğu nəzərə alınaraq məhkəmə tərəfindən barəsində həbs yox,
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ancaq Ş.Hacıyeva bundan
sui-istifadə edərək yenidən analoji cinayət əməlini törədib. Həmçinin, həmin faktla
bağlı başlanmış cinayət işi üzrə aparılan istintaqdan yayınmağa cəhd etdiyi üçün
barəsində axtarış elan edilmişdi.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.