Münxendə tarixi görüş

20-02-2023, 17:33           
Münxendə tarixi görüş
Cari ilin fevralın 18-də Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə bir çox önəmli görüşləri olub.
Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. Münxendə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və təhlükəsiz enerji tərəfdaşı olduğu xüsusi vurğulanıb. Keçirilən görüşlərdə iqtisadi-ticari, hərbi-siyasi və enerji sahələri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı anlaşmalar əldə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasdakı çıxışında Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir"
O həmçinin bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır: "Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdənfaydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin".
İlham Əliyev Ermənistanla sülh danışıqlarına da toxunub və layihə üzərində iş getdiyini təsdiq edib:"Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Mənim cavabım belədir".
Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.