Siyəzəndə əməliyyatlar zamanı ikisi qardaş olmaqla 4 nəfər saxlanılıb

23-02-2023, 10:48           
Siyəzəndə əməliyyatlar zamanı  ikisi qardaş olmaqla 4 nəfər saxlanılıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Musa və Seymur Paşayev qardaşları saxlanılıblar. Həmin şəxslərdən narkotik vasitə olan marixuana, heroin, 1 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin, 30 ədəd metadon həbi və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru