Bu günə hava proqnozu

2-03-2023, 00:00           
Bu günə hava proqnozu
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə bəzi yerlərdə duman, axşam Abşeron yarımadasının şimalında az çiskinli olacağı
ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında

Əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.