Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti: “Novruz bayramını təmiz şəhərlə qarşılayaq”

3-03-2023, 09:55           
Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti: “Novruz bayramını təmiz şəhərlə qarşılayaq”
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində şənbə günü, mart ayının 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməcliyinin keçirilməsi qərara alınıb.
İməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına öz töhfəmizi vermiş olacağıq.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru