Ağstafada su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

6-03-2023, 15:58           
Ağstafada su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər məhkum olunmuş, Şamil Məhərrəmov vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.
Ş. Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru