Azərbaycan öz sülhsevər mövqeyini bir daha nümayiş etdirdi - İsrafil Kərimovun yazısı
10-03-2023, 11:35
Azərbaycan öz sülhsevər mövqeyini bir daha nümayiş etdirdi
Mart ayının 9-da Bakıda öz işinə başlayan və martın 11-nə kimi davan
edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı
Forumu çox mühüm əhəmiyyətə malik olan beynəlxalq tədbirdir. Forum
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Dövlət başçısı İlham Əliyev
Forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, Bakı Qlobal
Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı
aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin,
bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.
Forum iştirakçılarının siyahısına nəzər salsaq görərik ki, bu mötəbər
tədbirdə 4 ölkənin Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5
qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin
xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək
nümayəndə iştirak edib. Bu da bir daha sübut edir ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu
barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə
çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq
ildən-ilə artmaqdadır.
Tədbirdə regionun təhlükəsizlik məsələləri o, cümlədən dəhlizlərdən
logistika kimi istifadə olunmasına dair müzakirələrin aparılması düşünülmüş
fikirdir. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən
təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə,
parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə
təsirinə nəzər salınacaq.
Bu mövzuların Forumun gündəliyinə salınması Azərbaycanın tək
regionda deyil dünyada sülhün davamlılığında maraqlı olduğunu göstərir.
Panel iclaslarında aparılan müzakirələr Azərbaycanla Ermənistan arasında
sülh müqaviləsinin imzalanmasına və Qarabağda tam sabitliyin həll
olunmasına öz müsbət təsirini göstərəcəkdir. Bundan başqa insan haqları
ilə bağlı bir sıra məsələlərin həlli istiqamətində tövsiyələr verilib.
Beynəlxalq tədbirdə həm də qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim
böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının
alınması üçün tədbirlər əsas müzakirə mövzuları olmuşdur.
Prezident İlham Əliyev məqsədli olaraq beynəlxalq ictimaiyyətin
diqqətini Azərbaycanda insan haqlarının qorunmasına yönəldib.
Azərbaycan Prezidenti çıxışında bildirib ki, müxtəlif etnik qrupların və
konfessiyaların nümayəndələri Azərbaycanda ləyaqətli və dinc şəraitdə
yaşayırlar. Dövlətimizin başçısı, həmçinin əlavə edib ki, Azərbaycanın
Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli
olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaqdır.
Qeyd edilməlidir ki, builki Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə
kifayət qədər böyük maraq var. Burada çoxsaylı məsələlərin müzakirəsi,
eyni zamanda, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha
ondan xəbər verir ki, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim
olunmasını müşahidə edirik. Bu, təbii ki, bütövlükdə Azərbaycanın
geosiyasi mövqeyini gücləndirən faktorlardan biridir. Belə qlobal
platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi
məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir.
Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından
regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir
platformadır.
X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla
davam etdirib və bu iclaslarda müxtəlif istiqamətlər üzrə çoxsaylı problemlər
müzakirə edilib.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az