İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs saxlanılıb

13-03-2023, 15:39           
İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs saxlanılıb
İsmayıllı şəhərində yerləşən evlərin birindən oğurluq edilib. Gecə saatlarında mənzilə daxil olan naməlum şəxs oradan oradan qızıl-zinət əşyalarını və nəğd pulu oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər də məhkum olunmuş Elşən İsayev tərəfindən törədildiyi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və ifadəsində əməlini etiraf edib. Oğurladıqları qızılların bir hissəsi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru