Bu gün Bakının 550 küçəsi yuyuldu

18-03-2023, 20:35           
Bu gün Bakının 550 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi keçirilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.






Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.