Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı

14-10-2023, 13:24           
Azad Füzuli sürətlə bərpa edilir -
30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan
tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini
göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə
məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin
“Aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırlatmışdı. O bildirmişdi ki:
“Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
2020-ci ildə 44 günlük Vətən müharibəsində həmin şərəfli günün
şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz
sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən
biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin
nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş
Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət
vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer kimi görünüb.
Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdi ki, o, ən azı,
350-400 min illik bir dövrü əhatə edir. Füzulidə Əcəmi memarlıq məktəbinin
təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq
və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama
məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu,
texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey,
stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var
idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin
vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin
düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni
təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri
zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi.
Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun
müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq
Mərcanlı kəndi, daha sonra 44 günlük Vətən müharibəsində qazanılan
qələbə!
İndi Füzuli yenidən qurulur. 2020-ci il noyabrın 16-daAzərbaycan
Prezidentiİlham Əliyev və birinci xanımMehriban Əliyeva işğaldan azad
olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə Füzuli
şəhərində Azərbaycan bayrağıqaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil
yolunun – Zəfər yolunun təməli qoyuldu.
Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq
Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut
avtomobil yolunun təməli qoyulub. Prezident “Füzuli” yarımstansiyasının
açılışını edib və Aşağı Köndələnçay su anbarındayaradılan şəraitlə tanış
olub.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox
keçməz ki, bu diyarımız cənnət məkana çevrilər.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.