Zərdabda maarifləndirmə tədbiri keçirilib

14-10-2023, 16:12           
Zərdabda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Yarməmmədbağı kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən polis rəisi, şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan A.Əfəndiyev, bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən videoçarx nümayiş olunub

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru