Bu gün hava necə olacaq?
18-10-2023, 00:05
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq.
Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.
Hidrometeoroloji Proqnozlar Bürosu