Daxili Qoşunların şəhid hərbi qulluqçusu Elçin Nadirovun xatirəsi anılıb

18-10-2023, 09:43           
Daxili Qoşunların şəhid hərbi qulluqçusu Elçin Nadirovun xatirəsi anılıb
Ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşərək şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Elçin Nadirovun anım tədbiri keçirilib.
E.Nadirovun təhsil aldığı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən tədbirdə rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə təhsil ocağının girişində quraşdırılan şəhidin xatirə lövhəsinin açılışı olub. Daha sonra çıxış edənlər Elçin Nadirovun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından danışıblar. Ardınca isə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elçin Nadirov Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Nadirov Elçin Nadir oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru